"VUCA – dünya şəraitində menecment və iqtisadiyyatın inkişafının müasir yolları" mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilib.

bakudesigncenter
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Xarkov Milli Avtomobil Yolları Universiteti, Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Universiteti və Milli Nəqliyyat Universitetinin təsisçiliyi, AzMİU-nun “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının təşkilatçılığı ilə elmi-praktiki konfransı keçirilib. Onlayn formatda keçirilən konfrans “VUCA – dünya şəraitində menecment və iqtisadiyyatın inkişafının müasir yolları” mövzusunda ali təhsil müəssisələrinin tədqiqatçıları və gənc alimlər iştirak ediblər.
Konfransı Xarkov Milli Avtomobol Yolları Universitetinin professoru İnna Şevçenko açıq elan edərək, iştirakçıları salamlayıb və konfransın əhəmiyyətindən danışıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə çıxış edərək dünyada müasir VUCA şəraitində bir sıra ölkələrin gənc tədqiqatçılarının iştirakı ilə konfransı təşkil edən Universitet rəhbərlərinə və konfransın təşkilat komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, müasir dövrdə bir sıra regionda yaranmış qeyri-müəyyənlik şəraitində gənc tədqiqatçıların menecment və iqtisadiyyatın inkişafına yönəlmiş tədqiqatlarının dəstəklənməsi çox vacib amildir.
AzMİU-nun “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov çıxış edərək post-konflikt dövründə Qarabağ və Şərgi Zəngəzur regionlarında iqtisadiyyatın bütün sahələrində həyata keçirilən infrastruktur layihələr və onların perspektiv inkişafı, Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji Araşdırma və İnkişaf meneceri Ayhan Satıcı isə çıxışında “Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanın post-konflikt quruculuğu modeli və Zəngəzur Dəhlizinin Avrasiya regionunda iqtisadi əhəmiyyəti” mövzusuna toxunub.
Daha sonra AzMİU-nun gənc alimləri Xanlar Qəniyev, Nərgiz Fətaxova və tədqiqatçılar Murad Qasımlı, Şaban Məmmədovun məruzələri dinlənilib. Məruzəçilərin qeyd olunan istiqamətlər üzrə apardıqları tədqiqatlar haqqında etdikləri məruzələr konfrans iştirakçiları tərəfindən  xüsusi maraqla dinlənilib və bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi tövsiyə olunub.