Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır - Təhsil Naziri Emin Əmrullayev

Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq

Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır - Təhsil Naziri Emin Əmrullayev

“Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”.

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur.