Vətən Müharibəsi: AzMİU-nun cəsur tələbə və məzunları

Azərbaycanın əzəli-əbədi torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsi noyabrın 10-da torpaqlarımızın uzunmüddətli işğaldan azadlığı və Azərbaycan xalqının, dövlətinin, müzəffər və rəşadətli ordusunun qeyd-şərtsiz qələbəsiylə yekunlaşdı. Bu Zəfər Azərbaycanın müasir tarixinə müstəsna bir gün kimi yazıldı.

Vətən Müharibəsi: AzMİU-nun cəsur tələbə və məzunları

Azərbaycanın əzəli-əbədi torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsi noyabrın 10-da torpaqlarımızın uzunmüddətli işğaldan azadlığı və Azərbaycan xalqının, dövlətinin, müzəffər və rəşadətli ordusunun qeyd-şərtsiz qələbəsiylə yekunlaşdı. Bu Zəfər Azərbaycanın müasir tarixinə müstəsna bir gün kimi yazıldı.

      Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bütün xalqımız öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər oldu. Çalışdığı sahədən asılı olmayaraq hamı Orduya dəstəyini bir yolla  nümayiş etdirdi. Biz Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi olaraq fəxr edirik ki, bu qələbədə bizim məzun və tələbələrimizin də payı var. Könüllü müraciət və səfərbərlik əsasında döyüşlərə qatılan həmin qəhrəmanlarımız bütün vətən oğullarımız kimi böyük igidlik, mərdlik, cəsarət nümayiş etdirdilər.  Universitetimizin 22 məzunu Vətən qarşısında borclarını layiqli yerinə yetirib, canları qədər sevdikləri torpaq uğrunda şəhadətə yüksəldilər. 

      Şəhidlərimizlə yanaşı AzMİU-nun qaziləri,  hazırda ön cəbhədə xidmətini davam etdirən cəsur ürəkli tələbə və məzunları da var. Onlar da şəhidlərimiz kimi vətən uğrunda gedən döyüşlərdə canını, qanını ortaya qoyublar! Hər birini bu yazıda tanıtmaqdan qürur və şərəf  duyuruq.

   

 

    Qəhrəman qazimiz Babayev Ramil Fizuli oğlu – MİT fakültəsi 801a1 qrup məzunu. Aprel döyüşlərinin qazisi olan Ramil 2-ci Qarabağ Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa (Topxana meşəsi) uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Xocalının Sığnaq kəndində də olub. Minomyotun valnasına düşsə də yenə də hospitala getməyən igidimiz yenidən döyüşə qatılıb. Qəhrəmanımız  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

     Məmmədov Orxan Qeys oğlu – MİT fakültəsi 800a2 qrup tələbəsi. Suqovuşan, Talış kəndi və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

  Mirzəzadə Elgün Abbasəli oğlu – MİT fakültəsi 800a2 qrup tələbəsi. Vətən müharibəsi zamanı raket briqadasında olub. “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

   Nemətli Adəm Ceyhun oğlu – MİT fakültəsi 845a1 qrup məzunu. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştiak edib. Hal- hazırd xidmətdə olan igid əsgərimiz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

  Namiqli Cavid Namiq oğlu  – Nəqliyyat fakültəsi 473a2 qrup məzunu. Cəbrayıl, Hadrut, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Veteran” medalları ilə təltif olunub.

 

   Gözəlzadə Nurlan Adil oğlu – Tikinti-İqtisad fakültəsi 780a1 qrup tələbəsi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

   Quluzadə Asiman Vüqar oğlu – ST və MKS fakültəsi 306a1 qrup məzunu. Füzuli istiqamətində gedən üzbəüz döyüşlərdə iştirak edərək güllə yarası alıb. Qəhrəman məzunumuz “Cəsur döyüşçü”  medalı ilə təltif olunub.

 

    Bağvanov Vilayət Kamran oğlu – ST və MKS fakültəsi 356a1 qrup məzunu. Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Top sürücüsü olan qəhrəman məzunumuz “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

     İbadzadə Samid Yaşar oğlu – İnşaat-texnologiya fakültəsi 690a1 qrup tələbəsi.Füzuli uğrunda gedən döyüşlərdə yaralanmışdır. Müalicə alıb sağalaraq yenidən döyüşlərə qatılıb. Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  İgid tələbəmiz “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

      Mərdanov Nicat Tahir oğlu ST və MKS fakültəsinin 305a2 qrup məzunu.Nicat 2-ci Qarabağ Müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb. Artıq onun səhhəti normaldır. O, “Cəsur döyüşçü” medalı ilə təltif olunub.