Universitetdə təhsil alan türk tələbələri onlara göstərilən diqqətə görə rektora təşəkkür ediblər.

Universitetdə təhsil alan türk tələbələri onlara göstərilən diqqətə görə rektora təşəkkür ediblər.
Universitetdə təhsil alan türk tələbələri onlara göstərilən diqqətə görə rektora təşəkkür ediblər.
bakudesigncenter

       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetdə təhsil alan türkiyəli tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov iştirak edib. 
           Rektor türkiyəli tələbələri birləşdirən Türk tələbələri konseyinin üzvlərini salamlayıb. İki qardaş ölkə arasında qurulan əlaqlərin hər bir sahədə gündən-günə genişləndiyini qeyd edib, 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının böyük dəstəyindən danışıb. AzMİU-da oxuyan bütün əcnəbi vətəndaşlara xüsusi diqqət və qayğıyla yanaşıldığını bildirən G.Məmmədova universitet rəhbərliyinin həmişə onların yanında olduğunu xüsusi vurğulayıb. 
           Türk tələbələri konseyinin rəhbəri Səfa Dursun səmimi görüş üçün universitetdə təhsil alan türk tələbələri adından rektora təşəkkürünü bildirib. O, qarşılaşdıqları bütün çətinliklərin tez aradan qaldırılmasında göstərilən qayğıya görə minnətdarlıq edib. 
           Görüşdə türk tələbələrin istək və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.