Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilib

bakudesigncenter

         Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı müdrik şəxsiyyət, dövlətçilik tariximizdə müstəsna yeri olan dahi oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim ehtiramla yad edir.

         Dekabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb. Universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələr ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

        Sonra AzMİU nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib,ulu öndərin əziz xatirəsini böyük ehtiramla anıb, məzarı önünə tər çiçəklər qoyublar.