Ümumdünya Mülki Müdafiə Günü AzMİU-da qeyd olunub

Ümumdünya Mülki Müdafiə Günü AzMİU-da qeyd olunubÜmumdünya Mülki Müdafiə Günü AzMİU-da qeyd olunub

Ümumdünya Mülki Müdafiə Günü AzMİU-da qeyd olunub

Martın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  1 Mart - Ümumdünya   Mülki Müdafiə Gününə  həsr olunmuş onlayn tədbir keçirilib. Mərasim başlamazdan əvvəl tədbir iştirakçıları Mülki-müdafiə qərargahı, Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşlarının birgə hazırlıqladıqları video çarxı izləyiblər.

          Mərasimi giriş sözü ilə açan universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, kimya elmləri doktoru İslam Mustafayev Ümumdünya Mülki Müdafiə Günü  münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və geniş mülahizələrini tədbir iştirakşıları ilə bölüşüb. Çıxışlardan əvvəl Universitetin Mülki -müdafiə qərargahının rəisi, polkovnik-leytenant Əhməd Abdullayev danışıb və tədbir iştirakçılarını  Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edib. Ə.Abdullayev  vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.

          Tədbirdə Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Səyavuş Gözəlovun “Fövqəladə hallara psixoloji dayanıqlığın formalaşdırılması” adlı məruzəsi maraqla qarşıanıb.  Kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Emil Qafarovun “Mülki-müdafiə fənnin tədrisinin  məqsədi” mövzusundakı məruzəsi dinlənilib. Kafedranın  baş müəllimi Soltan Səbzəliyev “Fövqəladə hallarda əhalinin mühafizəsinin təşkili” adlı məruzəsi ilə çıxışları yekunlaşdırıb.

         Yekunda Fövqəladə Hallar Nazirliyinin  fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.