Təmiz Şəhər ASC-nin yaz semestri üzrə ilk seminarı təşkil olunub

Təmiz Şəhər ASC-nin yaz semestri üzrə ilk seminarı təşkil olunub
Təmiz Şəhər ASC-nin yaz semestri üzrə ilk seminarı təşkil olunub
Təmiz Şəhər ASC-nin yaz semestri üzrə ilk seminarı təşkil olunub
bakudesigncenter

           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təmiz Şəhər Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Təmiz Şəhər ASC-nin nümayəndəsi növbəti maarifləndirici seminar keçirib.  

           Təmiz Şəhər ASC-nin Ətraf Mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadənin apardığı seminara Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri cəlb olunub.  

           Tələbələrə cəmiyyət haqqında ətraflı məlumat verən C.Məmmədzadə “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi” adlı mühazirəsində tullantılardan enerjinin alınması məqsədilə müvafiq zavodlarda həyata keçirilən proseslərə toxunub, bərk məişət tullantılarının idarə edilməsi prinsiplərindən danışıb. Səhmdar Cəmiyyətin nümayəndəsi tələbələrə Bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyəti barədə də ətraflı məlumat verib, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri müəssisə olduğunu vurğulayıb. Qeyd olunub ki, tullantılardan alınan enerji ilə Gəncə kimi böyük bir şəhəri enerji ilə təmin etmək mümkündür. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin böyük marağına səbəb olub.

           Onu da bildirək ki, AzMİU Təmiz Şəhər Mərkəzində aparılan seminarlar mühazirəyə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edirlər.