Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib

Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib
Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib
Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib
Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib
Təmiz Şəhər” ASC-nin I semestr üzrə ekoloqlara yekun seminarı keçirilib
bakudesigncenter

           Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Təmiz Şəhər” ASC arasındakı fəaliyyət planına əsasən Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələri üçün bu semestrin yekun maarifləndirici seminarı keçirilib. 

          Seminarda “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev və ətraf mühit üzrə mühəndisi Cahangir Məmmədzadə iştirak ediblər. Səbuhi Babayev tərəfindən keçirilən seminar yekun xarakter daşıdığı üçün mövzular “Bərk məişət tullantılarının idarə edilməsi”, “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” və “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı” olub. Seminarın mövzularına keçməzdən öncə şöbə müdiri cəmiyyət haqqında tələbələrə məlumat verib. “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminarda tələbələrə Bərk məişət tullantılarının (BMT-nın) idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib. Həmçinin, BMT-nın əmələ gəlmə həcmlərinin azaldılması, təkrar istifadə, çeşidləmə, enerji qənaəti, resurslardan daha səmərəli istifadə haqqında əhatəli məlumat verilib. Şirkətin həyata keçirdiyi “Təmiz Qala”, “Balaxanı Sənaye zavodu” və digər layihələrdən də tələbələrə məlumat verilərək, BMT-nın idarə edilməsi istiqamətində Balaxanı Sənaye parkının xüsusi rolundan danışılıb. Daha sonra qurum təmsilçisi Ekoloji Sənaye Parklarının ətraf mühitin mühafizəsində olan rolu ətrafında danışıb, ixtisas tələbələrinə bu sahədə görülən işləri diqqətə çatdırıb, geniş və əhatəli çıxışdan sonra Böyükşor gölünün əvvəlki və bugünkü vəziyyəti, eləcə də Ekoloji Sənaye Parklarının fəaliyyətlərini özündə əks etdirən video-roliklər nümayiş etdirib. Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı ilə bağlı qurumun gördüyü işlər, gələcək planları və bu istiqamətdə yarana biləcək çətinliklərdən bəhs edilib. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin marağına səbəb olub.

        Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin müdiri tərəfindən mövzu tələbələrə prezentasiya ilə təqdim edilib. Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

          Onu da bildirək ki, AzMİU-da “Təmiz Şəhər” ASC tərəfindən aparılan seminarlar mühazirəyə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edirlər.