Tələbələrimiz arasında güllə atıcılığı üzrə yarış keçirilib

azmiu

Tələbələrimiz arasında güllə atıcılığı üzrə yarış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi 28 may Respublika Günü ilə əlaqədar tələbələr arasında güllə atıcılığı üzrə yarış keçirib. Yarışda universitetin 7 fakültəsindən 45 tələbə iştirak edib.

          Gücünü sınayan tələbələr pnevmatik tüfəngdən hədəfi daha dəqiq nişan almaq üçün yarışa giriblər. Yarışların gedişini AzMİU THİK-in sədri Bayram Aslanov və təşkilatın nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləyib, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.

         Yarışın sonunda qaliblər mükafatlandırılıb və onlarla xatirə şəkli çəkdirilib.