Tələbələr üçün “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dərs təşkil olunub

azmiu dərs

Tələbələr üçün “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dərs təşkil olunub
Tələbələr üçün “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dərs təşkil olunub
bakudesigncenter

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Heydər Əliyev muzeyində Nəqliyyat fakültəsinin 471 a qrupunun tələbələri üçün “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dərs təşkil olunub. 
         Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfilinin təşəbbüsü ilə gerçəkləşən dərsdə əvvəlcə tələbələr Muzeylə tanış olublar. Muzeyin direktroru Gülmira Məmmədova tələbələrə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib. Müdrik liderin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. G.Məmmədova sonra tələbələri burda toplanan materiallarla tanış edib. 
        Ş.Rəfili də bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan ulu öndərin gənclər siyasətindən, Azərbaycan gənclərinə verdiyi dəyərdən, görülən işlərdən söz açıb. O, tələbələrə Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin bu gün gənclər üçün yaratdığı münbit şəraitdən faydalanmağı, üzərlərinə düşən vəzifələri layiqili şəkildə yerinə yetirməyi tövsiyə edib.