Tələbələrə faizsiz təhsil krediti veriləcək

Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə də münasibət bildirib

Tələbələrə faizsiz təhsil krediti veriləcək
Emin Əmrullayev

“Təhsil kreditlərinin iki istiqamətdə olmasını düşünürük Onlardan biri sosial kreditlərdir. Həmin kreditlər isə faizsiz olacaq".

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə də münasibət bildirib

“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmış olarıq”.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.