Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.

Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.
Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.
Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.
Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.
Tələbə Elmi Cəmiyyəti tələbələr üçün maraqlı seminarlar təşkil edib.
bakudesigncenter

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Tikinti-iqtisad fakültəsinin tələbələri üçün 2 günlük seminar keçirilib. Seminarda əsas məqsəd universitetde keçirilən fənlərin praktikada necə tətbiq olunduğunun real təsəvvürünü yaratmaq, tələbələr arasında elm yönümlü fikir mübadiləsinin aparılmasıdır. 

          Seminarın ilk günündə görüşü TEC-in sədri Reyhan Əkbərli açaraq müəllim və tələbə heyətini salamlayıb. İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Rumella Cəfərova rəqəmsal marketinqin əsas məqsədi və vəzifələri haqqında ətraflı məlumat verib.

          Seminarın qonağı AzMİU-nun məzunu, BHB Strategic and Creative Co. - reklam agentliyinin Digital marketing meneceri Ləman Ağazadə iş prosesində rəqəmsal marketinqin istifadə etdiyi alətləri izah edib, onların necə tətbiq edilməsindən danışıb. Qarşılıqlı müzakirə formasında baş tutan görüşdə Ləman tələbələri maraqlandıran sualları da cavablandırıb. 

          Seminarın ikinci günündə Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi Günel İmamquliyeva nəzəri biliklərə əsaslanan təcrübələrini tələbələrlə bölüşüb. O, sənaye inqilabı 4.0 -ün əmək bazarına təsirlərindən danışıb, ən tələb olunan 20 iş və Agile metodologiyasının ənənəvi metodlardan fərqini izah edib. Kapital bankın Agile ekspert mərkəzinin Agile kouçu Nərminə Hüseynli bu metodologiyanın bank məhsullarının hazırlanmasında istifadə olunduğunu qeyd edib, onun əhəmiyyətinə toxunub. Həmçinin, Agile manifestinin dörd əsas dəyəri və 12 prinsipi haqqında ətraflı məlumat verib. O, xidmətlər və məhsullarla bağlı müştəri geri dönüş sisteminin şirkətin inkişafında əhəmiyyətindən də danışıb.

          Qarşılıqlı müzakirə şəklində baş tutan görüşdə 40-a yaxın tələbə iştirak edib. Sonda mövzuya dair tələbələrin sualları cavablandırılıb