Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib
bakudesigncenter

 Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təmsilçiləri Azərbaycan  Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələr üçün məlumatlandırma günü keçiriblər. AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici İşlər Nazirliyindən nümayəndə heyəti, AzMİU-nun Ümumi işlər üzrə prorektoru Aqil Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev AzMİU TGT-nin sədri Tacir İsmayılzadə və tələbələr iştirak edib. 
  Gənclər Şəbəkəsinin katibliyinin rəhbəri Ceyran Cəfərova tələbələrə Qoşulmama Hərəkatı barədə məlumat verib, Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulduğunu bildirib. O, gələcək layihələr barədə məlumatı da tələbələrlə bölüşüb. C.Cəfərovanın  çıxışından sonra Gənclər şəbəkəsinin fəaliyyətinə həsr olunmuş qısa video çarx və məlumat xarakterli slayd nümayiş olunub. 
  AzMİU-nun prorektoru Orxan Naqdiyev beynəlxlq arenada ölkəmizin mövqeyinin möhkəmlənməsindən, 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının ölkəmizə göstərdiyi dəstəkdən danışıb. Tələbələrin öz ixtisaslarına yiyələnməklə yanaşı, vətəndaş kimi ölkənin ictimai-siyasi həyatında da yaxından iştirakını vacib sayan prorektor gəncləri Qoşulmama Hərəkatının Gənclər şəbəkəsində fəallıqlarını artırmağa çağırıb. 
  XİN-in  Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev qısa müddət ərzində ölkəmizin böyük etimad və hörmət qazandığını, 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildiyini, ölkəmizin sədrliyinin müddətinin bir il uzadıldığını diqqətə çatdırıb. XİN rəsmisi də tələbələri aktivliyə səsləyib. 
  Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin məqsədlərindən danışıb, bildirib ki, əsas məqsəd üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şərait yaratmaqdır. 
  Çıxışlardan sonra tələbələrlə sual-cavab sessiyası keçirilib.