Qış imtahan sessiyası AzMİU-da uğurla davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Qış imtahan sessiyası AzMİU-da uğurla davam edir

    Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

    İmtahan  sessiyası təsdiq olunmuş cədvələ əsasən distant formada magistratura səviyyəsi üzrə test və şifahi, bakalavr səviyyəsi üzrə isə yazılı, test və yaradıcılıqla bağlı fənlərdən aparılır. İmtahanın idarə edilməsi üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət  Proktor-nəzarət qrupu fəaliyyət göstərir.

    Yanvarın 13-də bakalavriat və magistratura  pilləsində təhsil alan 90 qrup üzrə 2157 tələbə imtahanda iştirak edəcək. Tələbələr Fizika,  Kimya, Xarici dil, Radioekologiya, Vergilər və vergitutma, Ağac konstruksiyaları, Politologiya  Mühəndis geologiyası və qrunt mexanikası, Metrologiya, standartlaşdırma və sertifikasiya, İnnovasiya menecmenti, Erqonomika və istehsal təhlükəsizliyi,  İstilik texnikası, Mülki müdafiə, İnformasiya texnologiyalarının riyazi elementləri, Tikinti müəssisələrində təsərrüfat fəaliyyətinin təhlili, Elektrotexnologiya, Ekonometrika, Sosiologiya, Avtomatlaşdırmanın əsasları, Marketinqdə satışın idarə edilməsi, Biznes əlaqələri fənlərindən imtahan verəcəklər. Bu günə qədər olan statistik nəticələrə görə isə  ümumilikdə 176  qrup üzrə 4237 tələbə imtahanlara qatılıb.

     Sessiyada obyektivliyin və şəffaflığın tam təmin edilməsi və imtahan prosesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərərgahı, İmtahanların qiymətləndirilməsi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə isə Apelyasiya Komissiyası yaradılıb. İmtahanın gedişi Universitet rəhbərliyi və imtahanlara məsul şəxslərin nəzararəti ilə həyata keçir. Onlar mütəmadi olaraq imtahan prosesini izləyir, neqativ hallar baş verərsə, operativ şəkildə qarşısını alırlar.

      Distant formada keçirilən qış imtahan sessiyası fevralın 15-də başa çatacaq.

/azmiu.edu.az