“Polifunksional betonlar” mövzusunda elmi seminar keçirilib.

“Polifunksional betonlar” mövzusunda elmi seminar keçirilib.
“Polifunksional betonlar” mövzusunda elmi seminar keçirilib.
“Polifunksional betonlar” mövzusunda elmi seminar keçirilib.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Materialşünaslıq kafedrasında elmi seminar keçirilib. Seminarda Materialşünaslıq kafedrasının  professor-müəllim heyəti, Elmi tədqiqat şöbəsinin əməkdaşı, magistrant və doktorantlar, eyni zamanda Materialşünaslıq ixtisası üzrə bakalavr pilləsində və sabah qruplarında təhsil alan tələbələr iştirak ediblər. 
Materialşünaslıq kafedranın professoru Abbas Quvalov “Polifunksional betonlar” adlı məruzə ilə çıxış edib. Məruzəçi yeni nəsil polifunksional betonlar, onların yaranma tarixi, bu betonların hazırlanması üçün tətbiq olunan mineral və üzvi modifikatorlar, onların betona təsir mexanizmləri və s. haqqında aktual məsələlərə toxunub və geniş məlumat verib. Professor özünün rəhbərlik etdiyi İnşaat materiallarında nanotexnologiyalar laboratoriyasında yüksək möhkəmlikli betonlar üçün yeni modifikator tərkiblərinin işlənildiyini və üç patentin alındığını  bildirib.   
Sonda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıblar, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.