Memarlıq fakültəsinin tələbələri “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin qalibləri sırasında

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərimizdə yerləşən kəndlərimizin və qəsəbələrimizin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin yekunları müəyyən olunub.

Memarlıq fakültəsinin tələbələri “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin qalibləri sırasında

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərimizdə yerləşən kəndlərimizin və qəsəbələrimizin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin yekunları müəyyən olunub.

      Müsabiqəyə təqdim olunmuş 300-dən çox layihədən xüsusi komissiya tərəfindən 60 iş seçilərək Münsiflər heyətinin müzakirəsinə verilib. Münsiflər heyəti - Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı, professor Elbay Qasımzadə (sədr), Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü, Respublikanın Əməkdar memarı, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının dosenti, memarlıq doktoru, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru Şəhla Qəhrəmanova və AMEA-nın Memarlıq və incəsənət İnstitutunun böyük elmi işçisi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli seçilən işləri təhlil edib onların içindən 10 layihəni fərqləndiriblər. Fərqlənən layihələr içində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Şəhərsalma ixtisası üzrə təhsil alan tələbələrin layihələridə yer alıb. 

 Fərqlənən layihələr arasından 4 layihə qalib olaraq müəyyən edilmişdir:

     1-ci yer – Ağayev Toğrul “Tərtər rayonunun Talış kəndinin bərpa layihəsi”nə görə - I dərəcəli diplom;

     2-ci yer – Muradov Rüstəm “Tərtər rayonunun Umudlu qəsəbəsinin şəhərsalma layihəsi”nə görə - II dərəcəli diplom;

     3-cü yer – Əzizova Məryəm “Tərtər rayonunun Suqovuşan qəsəbəsinin bərpa layihəsi”nə görə - III dərəcəli diplom;

     3-cü yer – Ağayeva Təhminə “Xocavənd rayonunun Tuğ kəndinin layihəsi”nə görə - III dərəcəli diplom.

     Bundan əlavə 6 layihə Fərqlənmə diplomlarına layiq görülmüşlər:

     Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosent Yeganə Hacıyeva, Günay Kərimova, Əbdül Kərimov – “Ağdam şəhərinin bərpa layihəsi”;

Ləman İbrahimova “Zəngilan rayonunun Mincivan qəsəbəsinin bərpa layihəsi”;

Fidan Rzayeva – “Xocavənd rayonunun Hadrut qəsəbəsinin şəhərsalma layihəsi”;

Fidan Məmmədova – “Xocavənd rayonunun Tuğ qəsəbəsinin layihəsi”;

Aysu Məmmədova – “Kəlbəcər rayonunun Həsənriz kəndinin Eko-Turizm layihələndirilməsi”;

Səkinə Nağıyeva “Zəngilan rayonunun Bartaz kəndinin layihəsi”.

      Münsiflər heyətinin müzakirəsinə təqdim olunmuş qalan müsabiqə iştirakçılarına xüsusi sertifikatlar təqdim edilir.