Magistraturaya qəbulda tələbələrə iki şans veriləcək - RƏSMİ
Fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq

Fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.
“Magistratutraya qəbul imtahanının fevralın 28-də keçirilməsi nəzərdə tutulub. Gələn həftə magistratura ilə bağlı elan dərc olunacaq”.
O qeyd edib ki, fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq: “Bu il biz birinci mərhələni iki dəfə keçirmək, tələbələrə iki şans vermək istəyirik”.
Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.