Logo müsabiqəsinin qalibi mükafatlandırılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin saytı azmiu.az-ın keçirdiyi logo müsabiqəsinin qalibi mükafatlandırılıb. Mükafatlandırılma mərasimində AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, sədr müavini və azmiu.az saytının rəhbəri Şahmar Rəfili, azmiu.az saytının baş redaktoru Aygül Hacıyeva və tələbələr iştirak etmişdir.
Müxtəlif fakültələrdən 20-yə yaxın namizədin iştirak etdiyi müsabiqədə 849A2 qrup tələbəsi Dəniz Səfərli qalib olub. Tədbirdə azmiu.az saytının gördüyü işlər, sosial şəbəkələrin tələbə həyatında rolu və gələcək fəaliyyət istiqamətləri danışıldı. Sonda qalibə diplom və pul mükafatı təqdim edildi.