Karyera yönümlü silsilə onlayn görüşlər davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera şöbəsi tərəfindən təşkil olunan karyera istiqamətli onlayn görüşlər artıq ənənə halını alıb. Bu tip görüşlərin  əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaqdır.

      “Zoom” platforması üzərindən təşkil olunan görüşlər zamanı şöbənin əməkdaşları tərəfindən  iş həyatına yeni başlayacaq gənclər üçün vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası aşılanır, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumatlar verilir. Həmçinin, karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsi,  ən çox yol verilən səhvlərə dair vacib məsələlər ətrafında müzakirələr aparılır.  CV hazırlanması zamanı onlayn resurslardan necə istifadə etmələri barədə video izahat formasında məlumatlar nümayiş edilir.

      Bu görüşlərin yaratdığı imkanlar sayəsində artıq gözlənilən nəticələr öz faydasını verib. Beləki son bir ay ərzində bu görüşlərdə iştirak edən tələbələrdən artıq 5 nəfəri öz ixtisasları üzrə işlə təmin edilib. Onlardan 2 tələbə təcrübəçi, digərləri isə işçi olaraq artıq karyeralarına start veriblər. Bu nəticələrin əldə edilməsi digər tələbələrin də görüşlərə maraq və inamını artırır.