İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri mövzusunda Respublika Elmi-texniki Konfransı keçiriləcək

İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri mövzusunda Respublika Elmi-texniki Konfransı keçiriləcək

2021-ci il May ayının 21-22 tarixlərində

İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri

mövzusunda Respublika Elmi-texniki Konfransı keçiriləcəkdir.

Konfransda Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış risklər və onların idarə olunmasına aid mövzularda məruzələr müzakirə olunacaqdır:

 

1. Memarlıq abidələri və tarixi-arxeloji obyektlər üçün yaranmış risklər

2. Hərbi əməliyyatlar və ərazilərin minalanması nəticəsində yaranmış risklər

3. Ekoloji mənşəli təhlükəli risklər

4. Ermənistan tərəfindən aparılan dag-mədən işlərindən yaranmış risklər

5. Meşələrin yandırılması nəticəsində fauna və flora üçün yaranmış risklər

6. Su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər

 

I. Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir

II. Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri dərc olunacaqdır. Məruzə tezisləri həcmi -2 səhifəyədək , 1.5 intervalda, 14 şriftlə (Times New Roman), A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda Azərbaycan dilində qəbul olunur. Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı, soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.

III. Tezislərin qəbulu və əlavə məlumatların verilməsi AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaq, məsul katib Aytən Əhmədova

Telefonlar: +99412-5390775 (5-30), +99450-3207816,

E-mail: conference.21@mail.ru

 

Məruzə tezislərinin təqdim olunması üçün son tarix: 10 May 2021-ci il