İraqlı tələbəmiz müsahibəsində ölkəmiz və universitetimiz haqqında təəssüratlarını bölüşüb.

İraqlı tələbəmiz müsahibəsində ölkəmiz və universitetimiz haqqında təəssüratlarını bölüşüb.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) iraqlı tələbəsi Rokaya Al-Hosaindir “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. AzMİU-nun Memarlıq fakültəsinin II kurs, 111İ qrup tələbəsi olan Rokaya müsahibəsində ölkəmiz, eləcə də universitetimiz haqqında təəssüratlarını bölüşüb. Bakının memarlığını bəyəndiyini deyən Rokaya AzMİU-dakı mühit, müəllim-tələbə münasibətlərinə də toxunub: “Buradakı təhsil məni qane edir, müəllimlər tələbələrə qarşı diqqətli və hər zaman açıqdırlar. Memarlıq üzrə təhsil aldığım üçün bildirmək istərdim ki, mən Bakı şəhərinin memarlıq üslubunu çox bəyənirəm”. Məlumat üçün bildirək ki, AzMİU-da 700-ə yaxın xarici tələbə təhsil alır. Bu göstəricisinə görə universitet Azərbaycan ali təhsil müəssisələri arasında üçüncü yerdə qərarlaşıb. Qeyd: Rokaya Al-Hosaindirin “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsi ilə LİNKƏ keçid edərək tanış ola bilərsiniz.

 

https://www.muallim.edu.az/news.php?id=22204