İnşaat fakültəsi ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza və qəhrəman döyüşçülərimizə həsr olunan tədbir keçiridi

İnşaat fakültəsinin , 200 İ və T200i qruplarının fakültə ictimai təşkilatçılığı ilə birgə hazırladığı, ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza və qəhrəman döyüşçülərimizə həsr olunan, "İkinci vətən müharibəsinin qəhrəmanları" adlı tədbiri keçirilmişdir.

İnşaat fakültəsi ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza və qəhrəman döyüşçülərimizə həsr olunan tədbir keçiridi
İnşaat fakültəsi ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza və qəhrəman döyüşçülərimizə həsr olunan tədbir keçiridi

İnşaat fakültəsinin , 200 İ və T200i qruplarının fakültə ictimai təşkilatçılığı ilə birgə hazırladığı, ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza və qəhrəman döyüşçülərimizə həsr olunan, "İkinci vətən müharibəsinin qəhrəmanları" adlı tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasinin Dövlət himni ilə başlamış və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra isə tədbiri açıq elan etmək üçün söz fakültə dekanı professor Hikmet Məmmədova verilmişdir. Hikmət müəllim vətən müharibəsi, döyüşlər, şəhidlərimiz, qəhramanlarimiz haqda tədbir iştirakçılarına geniş məlumat vermişdir. Eyni zamanda tədbirdə fakültə rəhbərliyi ilə yanaşı, bir sıra kafedra müdirləri, universtet ictimai təşkilatı,universitet rəhbərliyi iştirak etmişdir. Və hər biri ayrı-ayrılıqda öz çıxışlarını sözlərini iştirakçılara çatdırmışdır. Tədbirdə eyni zamanda, müharibə ilə yanaşı, bu çətin vəziyyətdə tələbə-müəllim münasibətlərindən danışılmışdır. Tələblərimiz öz çıxışlarını edib, hazırladıqları video-çarxlari təqdim etdikdən sonra, fakültə dekanı Hikmət müəllim tədbiri bağlı elan etmişdir. Və sonda hamı birlikdə şəhidlərimizə allahdan rəhmət, yaxınları səbr, qazilərimizə şəfa diləyiblər. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. #qarabağazərbaycandir

#yaşasin azerbaycan ordusu