İKT mərkəzi silsilə treyninqlərə start verib

bakudesigncenter

     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) mərkəzi tərəfindən universitet əməkdaşları üçün təşkil olunmuş treyninqlərə start verilib. 

     Treyninqlərin təşkilində əsas məqsəd akademik və tədris köməkçi heyətin İT bacarıqlarının yüksəldilməsi, həmçinin bir çox ixtisaslarda tədris olunan tətbiqi proqramların daha dərin mənimsənilməsidir. Qeyd edək ki, treyninqlər onlayn sorğu nəticəsində universitet əməkdaşlarının təkmilləşmək istədikləri mövzular əsasında onlayn və ənənəvi qaydada təşkil olunur. Ümumiliklə 100-dən çox əməkdaşın 300-ə yaxın müraciəti əsasında 12 istiqamətdə təşkil olunan treyninqlər baza təcrübəsi olanlar və yeni başlayan istifadəçilər nəzərə alınmaqla fərqli qruplarda tədris edilir.