Heydər Əliyev və müasir Azərbaycan gəncləri - mövzusunda vebinar baş tutub

Heydər Əliyev və müasir Azərbaycan gəncləri - mövzusunda vebinar baş tutub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqi Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan gəncləri" mövzusunda vebinar baş tutub.

Vebinarda Yevlax rayonundan millət vəkili İlham Məmmədov və Sabirabad rayonundan millət vəkili, YAP idarə heyyətinin üzvü Ramin Məmmədov qonaq qismində iştirak ediblər.

Vebinarı giriş sözü ilə açan AzMİU THİK-nin sədri Bayram Aslanov ölkəmizdə düzgün formalaşmış gənclər siyasətindən və gənclərə ayrılan diqqət qayğıdan söz acdı. Daha sonra çıxış edən hər iki millət vəkili öz nitqlərində Heydər Əliyev məktəbindən, Azərbaycanımızın idünənindən və gələcək illərində planlaşdırılan inkişaf planlarindan söz açdılar. Gənclərə Heydər Əliyev siyasi kursundan və kursun bu gün layiqli davam etdirilməsindən söz açan millət vəkilləri gəncləri bu layiqli siyasi kursa sadiq olmağa səslədilər. Sonda universitetimizin Nəqliyyat fakültəsini tələbəsi Məhbubə Nağıyeva çıxış edərək gəncləri vətənpərvər olmağa, xalqımızı millətimizi sevməyə və qorumaqa çağırdı.