“Erasmus Village” layihəsi çərçivəsində AzMİU-nun stendi nümayiş olunub.

bakudesigncenter

Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “Erasmus Village” layihəsi keçirilib. 

Layihənin açılışında “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev və yerli ali təhsil müəssisələri təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev, şöbənin əməkdaşları Tural Atayev, Arzu Vəli-zadə və Natiq Məhəməliyev təmsil ediblər. 

Layihə çərçivəsində iştirakçılar xaricdə təhsil almaq və təcrübə keçməklə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı əldə ediblər. Həmçinin “Erasmus Village” layihəsinin tərkib hissəsi olaraq xarici ölkələrin diplomatik nümayəndəlikləri, beynəlxalq təşkilatlar, yerli universitetlərin beynəlxalq əlaqələr şöbələri, beynəlxalq məlumat mərkəzləri kimi qurumların iştirakı ilə “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub. Sərgidə AzMİU-nun fərdi stendi yer alıb. Ümumilikdə universitetin iştirak etdiyi beynəlxalq layihələr, ikili diplom və mübadilə proqramları barədə flayer, broşur, kitablar və müxtəlif məlumatlandırıcı çap məhsullarının münayiş etdirildiyi stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.