Erasmus+ proqramı ilə bağlı “İnformasiya günü” keçirilib

bakudesigncenter

           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Avropa Birliyinin maliyələşdirdiyi ERASMUS+ proqramı ilə bağlı “İnformasiya günü” keçirilib. Tədbirin əsas məqsədi ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, HORİZON 2020, Jean Monnet) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırmaqdan ibarətdir.

           Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə ERASMUS+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycanda “ERASMUS+” proqramının rolu haqqında məruzə ilə çıxış edərək, bugünkü yeniliklərdən danışıb. O, ali təhsil müəssisələrində həyata keçirilən təcrübə proqramları haqqında məlumat verib, müvafiq proqramlar çərçivəsində reallaşdırılan layihələr əsasında Azərbaycanın ali təhsil müəssisələrinin Avropa universitetləri ilə əlaqələrinin genişləndiyini vurğulayıb. Bildirib ki, ERASMUS+ Ofisi Azərbaycanda təhsil siyasətinin inkişafını, xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxından izləyir.

           P.Bağırov qeyd edib ki, Azərbaycanın ali təhsil məkanının beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyasını irəliyə aparmaq istiqamətində Avropa layihələrinin böyük rolu var.