Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!
bakudesigncenter

Əziz müəllimlərimiz və tələbələrimiz!

          Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayırıq.  

           Yola saldığımız 2021-ci il Azərbaycan üçün siyasi, iqtisadi, sosial, mədəni uğurlarla əlamətdardır. Bu ilin əsas hadisələrindən biri işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa və yenidənqurma prosesi idi. Ötən ilin Vətən müharibəsi günlərindən başlayan bu proses 2021-ci il ərzində Prezident İlham Əliyevin xüsusi nəzarəti altında sürətlə davam etdi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca genişdir. 2021-ci il ərzində qısa vaxtda infrastruktur layihələrinin bir qisminin icrası ən yüksək səviyyədə başa çatdı, Şuşaya çəkilən “Zəfər yolu”, Füzuli Beynəlxalq Hava limanı istismara verildi. 

          Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Ümidvarıq ki, qədəm basacağımız 2022-ci il ölkəmiz, eləcə də Universitetimiz üçün düşərli il olacaq, uğurlarımız davamlı olacaq, bu yolda gözləntilərimiz və hədəflərimiz böyükdür. 

          Sonda möhtərəm prezidentimiz başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını, soydaşlarımızı, universitetimizin professor-müəllim heyətini, tələbələrimizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bir daha təbrik edirəm. Qoy qarşıdan gələn illər dövlətimiz üçün bir-birindən uğurlu olsun, xalqımıza sevinc dolu günlər, inkişaf və firavanlıq gətirsin!

Bayramınız mübarək!