Beynəlxalq dərəcəli layihə rəhbəri AzMİU tələbələrinə master-klass keçib

bakudesigncenter

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkilatçılığı ilə tələbələrə “Layihələrin idarə olunması və onun vacibliyi” adlı master-klass keçirilib. Master-klası PMO.az platformasının təsisçisi və direktoru, beynəlxalq dərəcəli layihə rəhbəri Rəşad İbrahimov aparıb.

          İnteraktiv keçən master-klasda layihə idarəetməsinə giriş və onun idarə olunması metodologiyaları, xüsusiyyətləri, layihənin həyat tsikli, planlaşdırılması prosesi, müəyyənləşdirilməsi və seçiminə dair ətraflı məlumat verilib. Tələbələrin böyük marağına səbəb olan master-klass 2 saat davam edib. Dərsin sonunda Rəşad İbrahimov ona ünvanlanan sualları cavablandırıb.