AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub

AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkiı olunub
bakudesigncenter

AzMİU tələbələrinin Ağdam rayonuna səfəri təşkil olunub
     Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım Xeyriyyə Fondunun QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası davam edir. Layihə çərçivəsində mayın 17-də “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək!” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimlərindən ibarət 28 nəfərlik nümayəndə heyətinin Ağdam şəhərinə səfəri təşkil edilib. 
     Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan səfər zamanı nümayəndəliyin əməkdaşı Faiq Hacıyev, AzMİU-nun professorları Səbinə Hacıyeva və Yeganə Hacıyeva tələbələrə Ağdam şəhərinin işğala qədərki vəziyyəti, memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi memarlıq abidələri, 30 ilə yaxın davam edən işğal ərzində şəhərin məruz qaldığı analoqu olmayan vandalizm aktı nəticəsində viran edilmiş şəhərin qalıqları barədə ətraflı məlumat verilib. Eyni zamanda tələbələr işğaldan azad olunmuş ərazilərdə hazırda icrasına başlanılmış yenidənqurma və tikinti-quruculuq   işləri,  Ağdam şəhərinin yeni baş planı ilə tanış olublar. 
     Səfər zamanı tələbələr Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, İmarət stadionu, Çörək muzeyi, Dram teatrı və digər tikililərin qalıqları, Şahbulaq qalasında ermənilər tərəfindən tamamilə qanunsuz şəkildə, təmir-bərpa işləri adı altında aparılmış saxtalaşdırma cəhdləri ilə yaxından tanış olublar, foto və videolar çəkiblər. 
     Layihənin növbəti mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən qiymətləndiriləcək, 1, 2 və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqlar.   
     Məlumat üçün qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir