AzMİU tələbələri “NewSpace” Akselerasiya Mərkəzinin rəhbəri ilə görüşüb.

AzMİU tələbələri “NewSpace” Akselerasiya Mərkəzinin rəhbəri ilə görüşüb.
bakudesigncenter



Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin (İBİ) təşkilatçılığı ilə “NewSpace” Akselerasiya Mərkəzinin rəhbəri, eləcə də həmin Mərkəzin mentoru Elçin Hüseynovla tələbələrin görüşü keçirilib. Mentor “Startap nədir?” mövzusunda geniş çıxış edib və tələbələrə startapların inkişaf yolu, ideyaların formalaşdırılması, mövcud startaplar barədə ətraflı məlumat verib.
İnteraktiv şəkildə davam edən görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.