AzMİU Tələbə Gənclər Təşkilatının nəzdində “Eco Club”un açılışı olub

bakudesigncenter

Mayın 19-da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərəcək “Eco Club”un açılışı olub. Tədbirdə  Ekologiya kafedrasının  müdiri, professor  Fəqan Əliyev,  AzMİU TGT-nin sədri Tacir İsmayılzadə, ATGTİ-nin klublar üzrə koordinatoru Ülvi Quluzadə və klubun sədri Emin İbadov çıxış ediblər.  
     Tədbirdə təşkilatın sədri   Tacir İsmayılzadə  AzMİU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında məruzə edib. Daha sonra Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevə mövzunu davam etdirərək yeni klubun tələbələrə verəcəyi imkanlardan danışıb. F. Əliyev "Eco Club"un yaradılmasında əsas məqsədin ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını axtarmaq və gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etmək olduğunu vurğulayıb.  
     Klub sədri Emin İbadov klubun yaradılmasının məqsədi, nəzərdə tutulan işlər, gələcək planları barədə ətraflı məlumat verib. 
ATGTİ-nin klublar üzrə koordinatoru Ülvi Quluzadə isə öz çıxışında klubun fəaliyyətinə uğurlar arzulayıb və gələcəkdə nəzərdə tutulan layihələr barədə danışıb.