AzMİU-nun tələbələri və gənc müəllimləri Mərkəzi Bankın sertifikatlarını alıblar.

bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bankın əməkdaşlarının keçirdiyi "Maliyə savadlılığı" mövzusundakı təlimlərdə fəal iştirak edən professor-müəllim, doktorant, magistr və tələbələrinə sertifikatlar təqdim olunub. Təqdimat mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet və istehsalat müəssisələrinin birgə əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunub. Rektor bildirib ki, yaxşı haldır ki, doktorant, magistr və tələbələrimiz, eləcə də gənc müəllimlərimiz ölkənin aparıcı qurumlarının mütəxəssisləri tərəfindən aparılan seminar, treninqlərə qatılır, yeni bilik və vərdişlərə yiyələnirlər. Rektor çıxışında tələbələr və gənc müəllimlərin sertifikat proqramlarında aktivlik göstərməsini yüksək qiymətləndirib, belə təlimlərin təşkilində göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib. Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov Mərkəzi Bankla AzMİU arasında əlaqələrin genişlənməsindən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayan professor qeyd edib ki, təlimlərin Əsas məqsədi gənclərin fərdi və karyera inkişafına dəstək göstərmək, əmək bazarının tələblərinə uyğun şəxsi inkişafa dəstək verməkdir. Mərkəzi Bankın İstehlakçılarla iş Departamenti Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da təlimlərin tələbələr üçün böyük əhəmiyyətindən danışıb, tələbələrin fəallığına toxunub. Onların təlimlərdə öz bilik və bacarıqları ilə seçildiklərini xüsusi qeyd edib.