AzMİU-nun Qəhrəman Tələbəsi - İbadov Samid 

Qarabağ uğrunda qəhrəmanlıqla vuruşmuş qorxmaz, cəsur, vətənsevər tələbəmiz - İbadov Samid Yaşar oğlu.

AzMİU-nun Qəhrəman Tələbəsi - İbadov Samid 
AzMİU-nun Qəhrəman Tələbəsi - İbadov Samid 

Qarabağ uğrunda qəhrəmanlıqla vuruşmuş qorxmaz, cəsur, vətənsevər tələbəmiz - İbadov Samid Yaşar oğlu.

Azərbyacan Memarlıq və İnşaat Universitetinin tələbəsi olan İbadov Samid Yaşar oğlu  İkinci Qarabağ Müharibəsində xüsusi şücayət göstərmiş tələbələrimizdən biridir.

Samid AzMİU-nun nəzdində fəaliyyət göstərən İnşaat Kollecini bitirdikdən sonra təhsilinə davam etirərək Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.

Samid İkinci Qarabağ Müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuşdur. O, Füzulinin, Şuşanın, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir.

AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və sədr müavini Şahmar Rəfili bu gün Samidin yaşadığı evdə qonaq olublar.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İbadov Samid  Yaşar oğlu aşağıdakı medallar ilə təltif edilmişdir:

 "Cəsur Döyüşçü" medalı 

 "Xocavəndin azad olunmasına görə" medalı

 "Füzulinin azad olunmasına görə" medalı

 "Şuşanın azad olunmasına görə" medalı