AzMİU-nun nümayəndə heyəti Sumqayıtda abituriyentlərlə görüşüb

bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti universitetin təbliğatı kampaniyası çərçivəsində respublikamızın orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri ilə görüşlər keçirir. Bu gün AzMİU-nun Qəbul komissiyası və İnşaat fakültəsinin dekanlığının təşəbbüsü ilə Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində 1-ci qrup üzrə hazırlaşan abituriyentlərlə görüş təşkil olunub. 
    Görüşdə Sumqayıt şəhər tədris şöbəsinin müdiri Arzu Alıyeva, AzMİU-nun Sosial məsələlələr və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, universitetin Qəbul komissiyasının sədri Surxay Əliyev, əməkdaşlar və tələbə özfəaliyyət qrupunun üzvləri iştirak ediblər. Universitetin tanıtım video çarxının nümayişindən sonra Orxan Naqdiyev və Sahib Fərzəliyev şagirdlərə universitetin ixtisasları, maddi texniki bazası, beynəlxalq əməkdaşlıq, istehsalat əlaqələri, universitetdə tələbə həyatı, asudə vaxtın təşkili və s. kimi məsələlələrlə bağlı ətraflı məlumatlar veriblər. 
    Verilən məlumatlar abituriyentlərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb. Görüş tələbə özfəaliyyət kollektivinin üzvlərinin hazırladığı musiqi nömrələri ilə müşaiyət olunub. Görüşün sonunda abituriyentlərə və valideynlərə universitetin tanıtım bukletleri paylanılıb.