AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.

AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
AzMİU-nun müəllimi Manas Universitetinin rektoru ilə görüşüb.
bakudesigncenter
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının  dosenti Mirfatma Cavadova Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetində (QTMU) ezamiyyətdə olub.
Səfər çərçivəsində Mirfatma Cavadova Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alparslan Ceylanla görüşüb, Türk xalqları arasında olan isti münasibətlərin genişləndirilməsində göstərdiyi fəaliyyətə görə AzMİU rektoru, professor Gülçöhrə Məmmədovanın ona təşəkkürünü çatdırıb. Mirfatma Cavadova qeyd edib ki, ölkələrimiz, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əlaqələr universitetlər arasındakı əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradıb.
Rektor Alparslan Ceylan da öz növbəsində professor Gülçöhrə Məmmədovaya Türk Universitetlər Birliyinin və Orhun mübadilə proqramının fəaliyyətində göstərdiyi diqqətə, verdiyi töhfəyə görə minnətdarlığını bildirib, əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, Qırğızıstan-Türkiyə Manas Universiteti AzMİU-nun timsalında bütün Azərbaycan universitetləri ilə daha sıx münasibətlərin yaradılmasında maraqlıdır.
Mirfatma Cavadova səfər zamanı Qırğızıstan-Türkiyə Manas Universitetinin rektor və müəllim heyəti ilə birlikdə Bişkekdə keçirilən bir sıra tədbirdə iştirak edib, rəsmi görüşlər keçirib, o cümlədən Azərbaycanın Qırğızıstandakı səfiri, AzMİU-nun məzunu Lətif Qəndilovla görüşüb. 
Keçirilən görüşlərdə Qırğızıstan-Türkiyə Manas Universiteti ilə AzMİU və uyğun kafedralar arasında əməkdaşlığın genişləndirilməsi, iki qurum arasında əlaqələrin gücləndirilməsi, müəllim və tələbə mübadiləsi imkanları müzakirə olunub. Eyni zamanda, Orhun mübadilə proqramının imkanlarından istifadə etməklə tərəflər arasında dərs proqramlarının eyniləşdirilməsi, dəslərdə fərqli universitet müəllimlərinin iştirakı, tələbələrin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.
Mirfatma Cavadova Qırğızıstan-Türkiyə Manas Universitetinə səfəri çərçivəsində universitetin Mühəndislik fakültəsində 4-cü kurs tələbələrinə, Elektrik və elektronika mühəndisliyi bölməsində isə 1-4 kurs tələbə və müəllim heyətinə seminarlar keçib, AzMİU-nun tədris proqramları, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Qonaq Elektrik və elektronika mühəndisliyi bölməsinin 2-ci kurs tələbələri ilə birlikdə təcrübə proqramı çərçivəsində texnik gəzintidə də iştirak edib, “Çakan-SES”-lə tanışlıq olub.