AzMİU-nun əməkdaşları tərəfdaş olduğumuz beynəlxalq layihənin ilk konfransına qatılıblar

AZMİU 2020-ci ildə Avropa birliyinin maliyyələşdirdiyi Erasmus+ KA2 -WORK4CE- “XXI Əsrdə Sağlam Və Təhlükəsiz Iş Mühiti Üçün Domenlərarası Kompetensiyalar” layihəsində tərəfdaş qismində iştirak etmək hüququ  qazanmışdır. Ukraynanın Zaporojye Politexnik Milli Unuversitetinin koordinatorluğu ilə 2020-2023 –cü illəri əhatə edəcək bu layihə, gənclərin məzun olduqdan sonra gələcək iş yerlərinə hazır olması üçün tədris mənbələrindən faydalı istifadənin stimullaşdırılmasını hədəfləyir.

02.02.2021-ci ildə layihədə iştirak edən tərəfdaşlar arasında tanışlıq məqsədi ilə ilk videokonfrans keçirilib. Konfransda tərəfdaş universitet və təşkilatlar öz müəssələrini prezentasiya ilə təqdim edi, gələcəkdə bu layihə çərçivəsində görüləcək işlər barəsində müzakirələr aparılıb.Tədbirdə Universitetimizi, Beynəlxalq Əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov, İstehsalat təcrübəsi şöbəsinin müdiri Xanlar Qəniyev, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili və Beynəlxalq proqramlara dəstək sektorunun mütəxəssisi Araz Əhmədov təmsil edib.