AzMİU-nun əməkdaşları İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri ilə birgə keçirilən hakatonda İştirak ediblər

bakudesigncenter

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator (İBİ) mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, İBİ-nin böyük mütəxəssisi Ramin Əkbərov, Xarici əlaqələr şöbəsinin əməkdaşı Arzu Vəlizadə, İnformasiya texnologiyaları və sistemləri kafedrasının assistenti Rəna Cəbrayılova və Materialşünaslıq kafedrasının assistenti Mahirə Ağazadə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən hakatonda iştirak ediblər. British Council şirkətinin Creative Spark layihəsi çərçivəsində baş tutan hakatonda Böyük Britaniyanın NEWCASTLE universitetinin akademik heyətindən Dr. Vicky Mountford-Brown, Dr. Fiona Whitehurst və cənab Leigh Sear da iştirak edib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı giriş nitqi ilə tədbiri açaraq Azərbaycanın resurslar baxımından çox zəngyarandığını vurğulayıb. O, Böyük Britaniya ilə Azərbaycan arasında biliklərin ötürülməsinin vacibliyini qeyd edib və Creative Spark proqramının sona yaxınlaşdığı bir vaxtda davamlılığının təmin edilməsinin vacib olduğunu qeyd edib. Hakatonun son günündə əməkdaşlarımız "Təcrübə, pedaqogika və peşəkar standartların inkişafı” mövzusunda seminara qoşulublar. Seminar NEWCASTLE Universitetində mühazirələr oxuyan və müəssisə təhsili üzrə beynəlxalq səviyyədə tanınmış ekspert olan SFEDI qrupundan cənab Leigh Sear tərəfindən aparılıb.. 3 gün davam edən hakatonda FemTech, AcademStar, Kandi Getir, Supply Chain Community vǝ Crispa Snacks kimi şirkətlər iştirak edib, canlı müzakirələr aparılıb. Sonda layihənin meneceri Elnur Əliyev tərəfindən təhsil İşçilərinə, tələbələrə və müəssisələrə sertifikatlar və mükafatlar təqdim olunub.