AzMİU-nun əməkdaşları İngiltərənin Newcastle Universitetinin nümayəndələri ilə birgə keçirilən hakatonda iştirak ediblər.

bakudesigncenter

17 və 18 noyabr tarixlərində British Council Creative Spark layihəsi çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Böyük Britaniyanın Newcastle  universiteti ilə birgə  əməkdaşlığı nəticəsində həmin universitetin akademik heyətindən Dr. Fiona Whitehurst və Leigh Searin iştirakı ilə hakaton keçirilmişdir. Hakatonda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera mərkəzinin baş mütəxəssisi Nigar Əbilova, İnformasiya texnologiyaları və sistemləri kafedrasının assistenti Rəna Cəbrayılova və Pərvin Quliyeva, Materialşünaslıq kafedrasının assistenti Mahirə Ağazadə və Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi Günel İmamquliyeva iştirak ediblər.  
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək, Azərbaycanın resurslar baxımından çox zəngin ölkə olduğunu və burada yeni bizneslərin açılması üçün geniş imkanların olduğunu vurğulayıb. O, Böyük Britaniya ilə Azərbaycan arasında biliklərin ötürülməsinin vacibliyini qeyd edib və Creative Spark proqramının sona yaxınlaşdığı bir vaxtda davamlılığın təmin edilməsinin vacib olduğunu bildirib.
Hakatonun ikinci günü iştirakçılar üçün “Təcrübə, Pedaqogika və Peşəkar Standartların İnkişafı” mövzusunda seminar keçirilib.  Seminar Newcastle  Universitetində mühazirələr oxuyan və müəssisə təhsili üzrə beynəlxalq səviyyəli ekspert Leigh Sear tərəfindən aparılıb.  
Sonda layihənin meneceri Elnur Əliyev tərəfindən təhsil işçilərinə, tələbələrə və müəssisələrə sertifikatlar və mükafatlar təqdim olunub.