AzMİU Holcim şirkətilə təcrübə və iş imkanlarını müzakirə edib.

AzMİU Holcim şirkətilə təcrübə və iş imkanlarını müzakirə edib.
AzMİU Holcim şirkətilə təcrübə və iş imkanlarını müzakirə edib.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri ilə Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri arasında görüş keçirilib. Görüşdə AzMİU-nun Strateji Planlaşdırma şöbəsinin müdiri Nərmin Rzayeva, Təcrübə və Karyera Mərkəzinin, İnnovativ Biznes İnkubatorun (İBİ) əməkdaşları, Holcim Azərbaycan ASC-nin baş direktoru Xalid Samaka, texniki direktoru Əli Hüseynov və İstedadların idarəolunması üzrə meneceri Davud Qəmbərzadə iştirak ediblər.  

Əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində keçirilən görüşdə AzMİU-nun Holcim Azərbaycan ASC-nin profilinə uyğun ixtisaslarında təhsil alan tələbələrinin şirkətdə təcrübə və iş imkanları, İBİ-nin mövcud startap layihələrinin inkişafına dəstək verilməsi və master-klassların keçirilməsi istiqamətində müzakirələr aparılıb. Qərara alınıb ki, hər iki tərəf potensial imkanları araşdırıb əməkdaşlığa uyğun istiqamətləri müəyyən etsin və əlaqələrin inkişaf etdirilməsi üçün yaxın zamanda növbəti görüş təşkil olunsun. .

Qeyd edək ki, Holcim Azərbaycan ASC ilə AzMİU arasında əməkdaşlığa dair memorandum mövcuddur.