AZMİU “Gələcək üçün bacarıqlar” layihəsi üzrə əməkdaşlıq imkanlarını araşdırır.

AZMİU “Gələcək üçün bacarıqlar” layihəsi üzrə əməkdaşlıq imkanlarını araşdırır.
AZMİU “Gələcək üçün bacarıqlar” layihəsi üzrə əməkdaşlıq imkanlarını araşdırır.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Strateji Planlaşdırma şöbəsinin və İnnovativ Biznes İnkubator Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” (GÜB) layihəsinin təmsilçiləri ilə görüşüb. 
AzMİU-nun Strateji Planlaşdırma şöbəsinin müdiri Nərmin Rzayeva universitetdə startap ekosisteminin inkişaf etdirilməsi, tələbələrin və əməkdaşların innovativ ideyalarının dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Şöbə müdiri qeyd edib ki, universitetin İnnovativ Biznes İnkubator Mərkəzi tərəfindən tələbələrin və əməkdaşların ideyaları toplanılır, kritik inkubasiya mərhələsində müəyyən imkanlarla təmin edilir və investrlarla əlaqələnməsi üçün şərait yaradılır. 
Startapların uğur qazanması, kütləviləşməsi və daha səmərəli komponentlərlə qurulmasında mentorların xüsusi rolu olduğunu deyən Nərmin Rzayev “Gələcək üçün bacarıqlar” layihəsində bu istiqamət üzrə fəaliyyəti təqdirəlayiq adlandırıb. O, bildirib ki, AzMİU layihənin mentorluq proqramı ilə yaxından maraqlanır və layihə ilə bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilir. 
GÜB-ün Layihələrin idarə edilməsi departamentinin müdiri Şəbnəm Məmmədova layihənin “Mentorluq üzrə ixtisaslaşma proqramı” və AzMİU əməkdaşlarının bu proqrama qoşulma imkanları haqqında ətraflı məlumat verib. Şəbnəm Məmmədova GÜB-dan, o cümlədən “Mentorluq üzrə ixtisaslaşma proqramı”ndan gözləntilərin böyük olduğunu qeyd edib.

Görüş zamanı ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafı, xüsusilə də GÜB-ün növbəti mərhələsində tələbələr üçün nəzərdə tutulmuş "Tusi(2C)" İnkubasiya proqramı haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, ümumilikdə 6 aylıq dövrü əhatə edəcək "Tusi(2C)" proqramı çərçivsində bir sıra təlimlər, xarici və yerli ekspertlərlə görüşlər, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin edilməsi, müxtəlif düşərgələrin salınması və təqdimatların keçirilməsi planlaşdırılır.