AzMİU Debat klubu BGDF-də qalib oldu

AzMİU Debat klubu BGDF-də qalib oldu
AzMİU Debat klubu BGDF-də qalib oldu
AzMİU Debat klubu BGDF-də qalib oldu
bakudesigncenter

28 May tarixindən başlayan və 11 İyun tarixində yekunlaşan Bakı Gənclər Debat forumunun 2022 Yaz mövsümündə AzMİU debat klubunu 5 komanda təmsil etmişdir:“The beatles”, “Amphibian”, “NKvD”, “Doğruya doğru”, “Hələ də ehtimal var”
 
Final mərhələsinə isə Azərbaycan İqtisad Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Debat klubunun təmsilində olan “Hələ də ehtimal var” adlı komandası çıxmışdır. Nuray Sadıqova, Vüqar Məmmədov və Məhəmməd Mehdiyevin spikerləri olduğu “Hələ də ehtimal var” komandası qalib olmuşdur.

Qeyd edək ki, forumun qalibi olan “Hələ də ehtimal var” komandamız baş tutacaq Respublika Gənclər Debat Forumunda Bakı şəhərini təmsil etmək üçün haqq qazanmışdır. Komandamıza Rgdf forumunda uğurlar diləyib, yenə də qalib olaraq Universitetimizə qayıtmalarını ümid edirik.