AzMİU-da “Qarabağın tarixi-memarlıq irsi” seminarı keçirilib.

AzMİU-da “Qarabağın tarixi-memarlıq irsi” seminarı keçirilib.
AzMİU-da “Qarabağın tarixi-memarlıq irsi” seminarı keçirilib.
AzMİU-da “Qarabağın tarixi-memarlıq irsi” seminarı keçirilib.
bakudesigncenter

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım Xeyriyyə Fondu “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda seminar keçirib. Tədbiri açıq elan edən Fondun icraçı direktoru Orxan Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirdiyi layihələr barədə seminar iştirakçılarına ümumi məlumat verib. Sonra o, hazırda fond tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və görüləcək işlərdən danışıb. Seminarın iştirakçısı, AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi, iqtisadi, ekoloji əhəmiyyətini vurğulayıb.