AzMİU-da Karyera sərgisi təşkil olunub

AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
AzMİU-da Karyera sərgisi təşkil olunub
bakudesigncenter

Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yerləri təklif edib. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs oldu. Sərgidə ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, North West Construction MMC, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.