AzMİU-da impakt faktorlu jurnallarda dərc olunma ilə bağlı seminar keçirilib.

bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında qeydiyyat və həmin bazalara daxil olan dövri elmi nəşrlərdə məqalələrin dərc edilməsi qaydaları haqqında silsilə seminarların keçirilməsinə start verilib. Universitetin Elmi-Tədqiqat şöbəsinin təşkilatçılığı ilə ilk seminar Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və doktorantları iştirak edib. 
Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli çıxış edərək beynəlxalq xülasələndirmə və indeksləmə bazalarından qeydiyyat qaydaları ilə bağlı ətraflı məlumat verib və elmi məqalələrin impakt faktorlu jurnallarda dərc olunmasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, müasir dövrdə elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması nöqteyi-nəzərindən impakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması, beynəlxalq bazalarda qeydiyyat və həmin bazalara məlumatların yüklənməsi vacib amillərdəndir. 
AzMİU-nun Elektron kitabxananın müdiri Aytən Rəhmanova isə impakt faktorlu jurnallar və bu jurnallarda məqalənin qəbulu ilə bağlı fundamental məsələlərə toxunub. 
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.