AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib

AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının dosenti Yaşar Qəhrəmanlını 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edib. Elmi Şura sədri Y.Qəhrəmanlının 45 ilə yaxın müddətdə Universitetdə bir sıra məsul vəzifələrdə–kafedra müdiri, dekan müavini kimi çalışdığı illərdən danışıb, onu dəyərli alim, əsl ziyalı kimi dəyərləndirib və gələcək işlərində uğurlar arzulayıb. Rektor gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə məlumat verib və gündəlik şura üzvləri tərəfidən təsdiq olunduqdan sonra Elmi-tədqiqat şöbəsinin müdiri, Elm və innovasiyalar üzrə prorektor əvəzi Nərmin Rzayeva “Universitetin elmmetrik göstəriciləri və onun yüksəlməsini təmin edən tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. N.Rzayeva tədqiqatların və beynəlxalq bazalarda dərc olunan elmi məqalələrin, onlara istinadların sayı barədə məlumat verib, elmmetrik göstəricilərin yüksəlməsi üçün görüləcək işlərdən danışıb. O, fakültələr və kafedralar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Elmi Şuranın iclasında gündəliyə uyğun olaraq Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinovanın “2021-2022-ci tədris ilində universitetdə keçirilən beynəlxalq tədbirlər barədə” hesabatı dinlənilib. K.Şirinova AzMİU-nun iştirak etdiyi beynəlxalq layihə və proqramlar (Erasmus+ KA2, Orhun Mübadilə proqramı, HORİZON, WORK4CE, Mövlanə Mübadilə proqramı, CNAM və s.) haqqında ətraflı məlumat verib, bu cür layihələrin sayını artırmaq üçün qarşıda duran vəzifələrə toxunub. Hesabatlar bitdikdən, məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor G.Məmmədova bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib. İclasda həmçinin İnşaat fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının dosenti, Keyfiyyətə nəzarət mərkəzinin direktoru Rövşən Quliyevə AzMİU-nun “Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.