AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı

AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
AzMİU-da buraxılış işlərinin müdafiəsi başlayı
bakudesigncenter

  Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İyunun 2-dən başlayan imtahanlar iyulun 2-də yekunlaşacaq. Eyni zamanda bakalavriat səviyyəsində fakültələrdə 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin müdafiəsi başlayır.
          Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədovadan aldığımız məlumata görə, iyunun 16-dan başlayan buraxılış işlərinin müdafiəsi iyulun 4-nə qədər davam edəcək, ondan sonra magistr dissertasiyalarının müdafiəsi başlayacaq. Müdafiə günləri qruplar üçün  təyin edilmiş qrafik üzrə yerinə yetirilir.  IV kursda təhsil alan 302 tələbədən 270 nəfəri buraxılış işinin müdafiəsinə buraxılıb. Onlardan 207-si memarlıq, 93 nəfəri isə dizayn ixtisasında təhsil alanlardır.
          Memarlıq fakültəsində bakalavr tələbələrin buraxılış işlərinin müdafiəsinə tərkibi 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev və başqalarıdır. Buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr Komissiya üzvlərini məlumatlandırır, 7-8 dəqiqəlik çıxışlarının sonunda müəllimlərin suallarını cavablandırır, opponentlər tərəfindən müsbət rəy alırlar.