AzMİU-da 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş atıcılıq yarışı keçirilib.

bakudesigncenter

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə   həsr olunmuş  atıcılıq yarışı keçirilib. Hərbi Səfərbərlik və Mütəxəssis Hazırlığı Mərkəzində təşkil olunan yarışda ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
     Tədbiri TGT-nin sədri Tacir İsmayılzadə açaraq Silahlı Qüvvələr günü münasibəti ilə yarış iştirakçılarını təbrik edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qazandığı zəfərlərdən danışıb. Yarışın gedişatı haqda məlumat verdikdən sonra, mərkəzin əməkdaşı Rahib Bayramov ümumi təlim və silahla davranış qaydalarını tələbələrə ətraflı izah edib. Yarış 6 fakültə arasında 3 nəfərlik komandalarla təşkil olunub. Yarışın sonunda qalib komandalara sertifikatlar təqdim olunub. 
Yarışın gedişatına əsasən 1-ci yerə Tikinti-iqtisad fakültəsi, 2-ci yerə İnşaat fakültəsi, 3-cü yerə isə MİT fakültəsi layiq görülüb. 
      Sonda tələbələr xatirə şəkili çəkdirib.