AzMİU-da 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

bakudesigncenter

AzMİU-da 15 İyun – Milli Qurtuluş Günü ilə  əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən xalq şairi Zəlimxan Yaqubun qələmə aldığı  “Böyük ömrün dastanı” adlı poema əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya nümayiş olunub. AzMİU-da  nümayiş olunan kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
     AzMİU-nun rektorluğu, professor-müəllim heyəti, ictimai təşkilatları və tələbələrin  iştirak etdiyi tamaşadan əvvəl ümummilli lider Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Söz AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımova verilib. O, ümummilli liderin mənalı həyat yolu və siyasi fəaliyyətinin əsas cəhətləri barədə məruzə ilə çıxış edib. A.Qasımov görkəmli şəxsiyyətin öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb. 
     Daha sonra “Böyük ömrün dastanı” adlı poema əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən  nümayiş olunub. 
     Musiqili ədəbi-bədii kompozisiyada Əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova,  Nazir Rüstəmov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev və digərləri rol oynayıblar. 
     Səhnə əsəri alqışlarla qarşılanıb.