AzMİU beşinci dəfə UI Green Metric reytinq bazasına daxil olub

AzMİU beşinci dəfə UI Green Metric reytinq bazasına daxil olub
bakudesigncenter

        Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 4-cü dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısına daxil olub. Qeyd etmək lazımdır ki, UI Green Metric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. AzMİU dünyanın 956 universiteti arasında 596-cı yerdə qərarlaşıb. Ölkə üzrə isə universitet reytinq bazasında 1-ci yerdədir. 

        Reytinqin altı əsas meyarı əsasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.

        UI Green Metric World University Ranking ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir. 

 

       2021-ci il UI Green Metric-ın tam nəticələrini bu saytdan əldə edə bilərsiniz:http://greenmetric.ui.ac.id/rankings/overall-rankings-2021/