AzMİU alimləri Ağalı kəndinin enerji səmərəliliyinin artırılmasını müzakirə edib.

AzMİU alimləri Ağalı kəndinin enerji səmərəliliyinin artırılmasını müzakirə edib.
AzMİU alimləri Ağalı kəndinin enerji səmərəliliyinin artırılmasını müzakirə edib.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib. Seminarda kafedra müdiri Nurməmməd Məmmədov “Zəngilan rayonunun Ağalı kəndində enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının analizi” mövzusunda mühazirə ilə çıxış edib.
Seminarada, AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova, Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, professor Zakir Musayev, İnşaat fakültəsinin dekanı, dosent Sahib Fərzəliyev, rektorun müşaviri, professor Azər Qasımzadə, eləcə də mövzu ilə əlaqəli kafedra müdirləri, müəllimlər və elmi işçilər iştirak ediblər. 
Məruzəçi çıxışında Zəngilan rayonunun Ağalı kəndinin enerji potensialı, alternativ imkanlar, enerji səmərəliliyinin artırılması, ərazidə bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını geniş şəkildə analiz edib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə, o cümlədən Ağalı kəndində qurulan smart infrastruktur enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar yaradır.
Məruzənin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.